Bakıda marşrut avtobusu zəncirvari qəza törədib, sürücü ölüb

Bakıda marşrut avtobusu qəza törədib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.
Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
S.Xankişiyeva
503