Şirvan şəhərinin bir hissəsində su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan şəhərinin bir hissəsində su olmayacaq

10:15 - 23 / 11 / 2018
Şirvan şəhərinin bir hissəsində su olmayacaq

Bu gün Şirvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 23 noyabr tarixində gün ərzində Şirvan şəhərinin bir hissəsinə (Təzə şəhər və bağ massivi ərazilərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər