Allahşükür Paşazadə Çexiyada mülkünün olması xəbərindən danışdı: “Sahiblərinə qaytardım” | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə Çexiyada mülkünün olması xəbərindən danışdı: “Sahiblərinə qaytardım”

13:08 - 26 / 11 / 2018
Allahşükür Paşazadə Çexiyada mülkünün olması xəbərindən danışdı: “Sahiblərinə qaytardım”

“Tamamilə yalan məlumatdır. Mənim Çexiyada heç bir mülküm yoxdur”.

1news.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibəsində Çexiyada  mülklərinizin olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib. 

“Artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı  iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq.

Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri  qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır”- deyə, Allahşükür Paşazadə qeyd edib.

1news.az

Paylaş:
1035

Son xəbərlər

Bütün xəbərlər