Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

13:59 - 26 / 11 / 2018
Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz  arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda  gecə  6-8, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq. 

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 27-si gündüzdən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə isə, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda noyabrın 27-si gündüzdən 29-u gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Babək Cahandarov

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər