Fond: Təhsil haqqı krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fond: Təhsil haqqı krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb

15:40 - 26 / 11 / 2018
Fond: Təhsil haqqı krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb

Hazırda təhsil haqqı üçün kredit alan tələbələrin kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu “Maarifçi” Tələbə Kredit Fondundan bildirilib.

Bildirilib ki, Fond üç il ərzində fəaliyyət göstərir və bu günədək tələbələrlə Fond arasında 223 təhsil krediti müqaviləsi imzalanıb. Artıq tələbələrin təqribən 15%-i borc öhdəliklərini geri qaytarmağa başlayıb:

“Hazırda kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir. Lakin kredit borclarının qaytarılması mexanizmləri barədə dolğun və təfərrüatlı məlumat vermək tezdir, çünki bu cür Fondların fəaliyyəti müəyyən sosial məqsədlər də daşıyır. Əlbəttə ki, bütün sahələrdə mövcud olan risklər bu sistem üçün də keçərlidir”.

Fonddan qeyd edilib ki, tələbələrə 2 növdə və faizsiz təhsil kreditləri təklif edilir. Kredit növündən asılı olmayaraq, güzəşt müddəti bütün tələbələrə şamil olunur.

S.Xankişiyeva

 

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər