Bərdədə 20 yaşlı oğlan faciəvi şəkildə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 20 yaşlı oğlan faciəvi şəkildə öldü

16:38 - 27 / 11 / 2018
Bərdədə 20 yaşlı oğlan faciəvi şəkildə öldü

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayonun Qaradəmirçi kəndində 1998-ci il təvəllüdlü Yusifov Novruz Sərxan oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, həmin kənddəki metal qəbulu sexində fəhlə işləyən 20 yaşlı oğlan “Kamaz” markalı yük maşınının üstünə çıxaraq aşağı sallanan elektrik naqilini qaldırmağa çalışıb.

Bu zaman o, naqilə əli ilə toxunub və cərəyan vurması nəticəsində yanaraq ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Publika.az

S.Xankişiyeva

 

 

Paylaş:
339

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər