Azərbaycanlı məşhur şairin oğlu cinsiyyətini dəyişdirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı məşhur şairin oğlu cinsiyyətini dəyişdirdi

12:20 - 27 / 11 / 2018
Azərbaycanlı məşhur şairin oğlu cinsiyyətini dəyişdirdi

Azərbaycanda Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanovun oğlu Aqşin Qurbanov cinsini dəyişib. Türkiyədə əməliyyat olunan Aqşin qadın olub.

O sosial şəbəkə hesabında qadın geyimində və makiajla olan fotolarını paylaşıb. Onun bu görüntüsü izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. 

Xatırladaq ki, Yetim Eyvaz uzun illər öncə ailəsindən ayrıldığı üçün Aqşin anasının himayəsində böyüyüb. Hətta atasının yas mərasiminə də qatılmayıb.

Müğənni kimi tanınan Aqşin bir dəfə səs yarışmasına da qatılıb. Onun yeni şəxsiyyət kimi, hansı adı daşıyacağı hələlik məlum deyil.

1news.az

Paylaş:
1574

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər