Azərbaycanda icra başçısı qəzaya düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda icra başçısı qəzaya düşdü

14:25 - 04 / 12 / 2018
Azərbaycanda icra başçısı qəzaya düşdü

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
463

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər