Yeraltı keçidlərdəki əzablı yollar: eskalatorlar nə vaxt çalışacaq? – FOTO

Füzuli küçəsi Bakının ən çox sıxlığı olan yerdir.
1news.az-ın verdiyi xəbərə görə, buradakı yeraltı keçidlərin vəziyyəti çox acınacaqlıdır.
Onların çoxu işləmir. Nəticədə uşaqlı qadınlar, yaşlılar narahat dəmir pilləkənlərdən istifadə etməli olurlar. Bu da bir çox problemlərə yol açır. Narahatlıqları görən bəzi sakinlər piyadalar üçün qadağan olunmuş yoldan keçməli olurlar...
Mərkəzi Bankın qarşısındakı 8 eskalatordan, cəmi 3-4-ü çalışır. Heydər Əliyev Sarayının qarşısındakı 6 eskalatordan 2-si çalışır. Qış bulvarındakı yeraltı keçidlərdə vəziyyət daha acınacaqlıdır. Buradakı eskalatorlardan heç biri çalışmır.
“Azərbaycan Avtomobil Yolları”nın mətbuat xidmətini rəhbəri Anar Nəcəfli vəziyyətlə bağlı müraciət etdik:
“Füzuli küçəsindən bir neçə eskalator “Azərbaycan Avtomobil Yolları”nın balansındadır. Buradakı eskalatorlardan bəziləri çalışır. Təəssüf ki, burada adi pilləkənlər yoxdur. Həmçinin təmirdə olan eskalatorların hissələri üçün sifariş vermişik. Belə ki, həmin eskalatorlar Azərbaycanda istehsal olunmadığı üçün xaricdən sifariş verməli və uzun müddət gözləməli oluruq. Ümid edirik ki, yaxın zamanda ehtiyat hissələri alınacaq və eskalatorlar təmir ediləcək”.
Həmçinin məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov da 1news.az-a bildirib ki, qurum Füzuli küçəsindəki eskalatorlardakı problemdən xəbərdardır:
“Bakı Şəhər İcra Hakimiyyətində Yeraltı keçidlər və fəvvarələr İdarəsi var. İdarənin rəisindən yeraltı keçidlərdəki vəziyyətlə bağlı soruşmuşam. Bildirilib ki, eskalatorların çoxu qısa qapanmadan sonra çalışmayıb. Balansımızda olan eskalatorlar üçün Çindən ehtiyat hissələri sifariş verilib. Yaxın zamanlarda həmin eskalatorlar təmir edilərək sakinlərin istifadəsinə veriləcək”.
Ümid edirik ki, məmurların məsələ ilə bağlı planların yaxın zamanda öz həllini tapacaq.
Foto: müəllifindir
Tərcümə: S.Xankişiyeva