Azyaşlılara siqaret satanlar cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azyaşlılara siqaret satanlar cərimələnib

12:41 - 11 / 12 / 2018
Azyaşlılara siqaret satanlar cərimələnib

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, dekabrın 10-da nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları həmin rayonlarda birgə tədbirlər təşkil ediblər.

Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonunun Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb. Həmin köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib olunub. Satıcıların hər biri 100 manat cərimə olunublar.

Reydlər davam etdirilir.

1news.az

Paylaş:
715

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər