Cəlal Əliyev adına mükafat ilk dəfə yaponiyalı alimə təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlal Əliyev adına mükafat ilk dəfə yaponiyalı alimə təqdim edilib – FOTO

12:24 - 18 / 12 / 2018
Cəlal Əliyev adına mükafat ilk dəfə yaponiyalı alimə təqdim edilib – FOTO

Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat”a ilk dəfə Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Ren layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasından 1news.az-a verilən məlumata görə, mükafatı alimə AMEA-da keçirilən akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray təqdim edib.

Tədbirdə qurumun katibi “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində göstərdiyi rolundan danışıb.

S.Xankişiyeva

 

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər