Bakıda şagird şagirdi bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şagird şagirdi bıçaqladı

12:43 - 18 / 12 / 2018
Bakıda şagird şagirdi bıçaqladı

Bakıda yeniyetmələr arasında dava olub.

1news.az  trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib.

Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci(qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

1news.az  

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər