Bakıda sulu qar xəbərdarlığı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sulu qar xəbərdarlığı

13:52 - 27 / 12 / 2018
Bakıda sulu qar xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz olacaq. 

Azərbaycanın rayonlarında dekabrın 28-də  bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  0-5, gündüz  6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-5 dərəcə isti təşkil edəcək.

Babək Cahandarov

Paylaş:
881

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər