Bakı-Gəncə-Bakı sürət qatarına start verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Gəncə-Bakı sürət qatarına start verilir

14:36 - 28 / 12 / 2018
Bakı-Gəncə-Bakı sürət qatarına start verilir

“Azərbaycan Dəmir Yolları” QSC dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır. Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı ətraflı məlumatlarla daim yenilənən https://ady.az/az/news/read/998/43www.ady.az%20 saytı vasitəsilə tanış olmaq mümkündür.

S.Xankişiyeva

 

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər