Yanan yataqxanadakı 18 məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanan yataqxanadakı 18 məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdirilib – FOTO

16:33 - 03 / 01 / 2019
Yanan yataqxanadakı 18 məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdirilib – FOTO

Yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Baş nazirin müavini Əli Əhmədov, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xətai rayon icra hakiminin vəzifələrini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Xatırladaq ki, yanvarın 3-də Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 1020 m² olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasının (1933-cü ildə inşa olunub) dam örtüyünün (taxta atmalar) yanar konstruksiyaları 500 m² sahədə və klubun yanar konstruksiyaları 190 m² sahədə (ümumi 690 kv.m) yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

S.Xankişiyeva

Paylaş:
361

Son xəbərlər

ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıb16 / 11 / 2024, 18:07“Barselona” prezidenti Bakıda16 / 11 / 2024, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb16 / 11 / 2024, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir16 / 11 / 2024, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib16 / 11 / 2024, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları16 / 11 / 2024, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTO16 / 11 / 2024, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü16 / 11 / 2024, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTO16 / 11 / 2024, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb16 / 11 / 2024, 15:1420 yaşlı qadın körpəsini itirdi16 / 11 / 2024, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edib16 / 11 / 2024, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO16 / 11 / 2024, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edib16 / 11 / 2024, 13:49Türkiyədə zəlzələ olub16 / 11 / 2024, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulunda16 / 11 / 2024, 13:20Tərtərdə polis əməkdaşı vəfat edib16 / 11 / 2024, 12:51Qar yağacaq - Sabahın hava proqnozu16 / 11 / 2024, 12:35
Bütün xəbərlər