Keçən il Azərbaycanda 24 Peşə Təhsil Mərkəzi yaradılıb
Keçən il ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.
1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “2018-ci ilin təhsil nailiyyətləri” adlı hesabatında qeyd olunub.
Məlumata görə, 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub.
Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb.
2018-ci ildə Təhsil Nazirliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.
Bundan əlavə Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin təməlqoyma mərasimi keçirilib. Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq.
1news.az