Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı 90 faizə çatdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı 90 faizə çatdırılacaq

12:36 - 03 / 01 / 2019
Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı 90 faizə çatdırılacaq

Keçən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “2018-ci ilin təhsil nailiyyətləri” adlı hesabatında qeyd olunub.

Məlumata görə, birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.

2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər