Ramiz Əzizbəylinin son vəziyyəti | 1news.az | Xəbərlər
Mədəniyyət

Ramiz Əzizbəylinin son vəziyyəti

17:19 - 07 / 01 / 2019
Ramiz Əzizbəylinin son vəziyyəti

Xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki kritik dönəm hələ keçməyib.

1news.az-ın verdiyi xəbərə görə, bunu “Report”a açıqlamasında xalq artisinin qızı Cəlalə Əzizbəyli deyib.

O bildirib ki, bəzi məsələlər sual altındadır: "Həkimlər ümumi olaraq deyirlər ki, vəziyyəti gözlədiklərindən yaxşıdır. Əməliyyat olunub və sonrakı proses hələ ki, uğurla davam edir. Həm şəkəri var, həm də insult keçirib. Beyinin neçə faizi uzun illərdir işləmir. Buna görə də xəstəliyinin gedişatını dəqiq bilmək mümkün deyil. Amma həkimlər qanqrenin artma ehtimalını dəqiq deyə bilmirlər. Bunun üçün zaman lazımdır. Şəkər və insulta görə tərəddüdləri var".

Xalq artistinin qızı qeyd edib ki, həkimlər yanına çox adamın gəlməsinə icazə vermir: "Ancaq yenə də sağ olsunlar dostlar, çox istəyənlər gəlib görürlər. Həkim və tibb bacısı hər gün gəlib yoxlanış edirlər”.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.

Xalq artistinin ayağı amputasiya edildi

S.Xankişiyeva

 

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər