Mehdiabad, Saray, Qurd Dərəsi və Corat bağlarında işıq olmayacaq

Sabah Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə 1news.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri ilə əlaqədar olaraq 9 yanvar 2018-ci il tarixi saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
1news.az
820