Gəncədə xəstəxanada yanğın: zəhərlənən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə xəstəxanada yanğın: zəhərlənən var

11:46 - 09 / 01 / 2019
Gəncədə xəstəxanada yanğın: zəhərlənən var

Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub.

Bu gün səhər saatlarından başlayaraq Gəncədə yerləşən Endokrinoloji xəstəxanada qatı tüstülənmə ilə başlayan yanğın olub. Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəstəxananın bir nəfər işçisi tüstüdən zəhərlənib. O, dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Hazırda alovun söndürüldüyü bildirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

Qafqazinfo

S.Xankişiyeva

 

Paylaş:
452

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər