Kəskin hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəskin hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi

17:26 - 16 / 01 / 2019
Kəskin hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi

"Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir".

1news.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: "Hava şəraitindən aslı olaraq yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır".

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər: "Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər".

DYP sözcüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: "Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər".

1news.az

Paylaş:
430

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər