Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcək

17:13 - 17 / 01 / 2019
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının ərazisi) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt (050 266-01-12, 051 768-47-41), Abşeron (050 397-12-00, 055 511-25-04), Qobustan (050 884-11-88, 050 484-33-34), Şamaxı (050 391-57-88, 055 697-22-22), Xızı (055 226-04-76) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

1news.az

Paylaş:
561

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər