Bakıda və Abşeron yarımadasında hava şəraiti ilə bağlı yeni məlumat | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında hava şəraiti ilə bağlı yeni məlumat

09:48 - 17 / 01 / 2019
Bakıda və Abşeron yarımadasında hava şəraiti ilə bağlı yeni məlumat

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

1news.az-a Qərargahdan verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

S.Xankişiyeva

 

Paylaş:
585

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər