Britaniya məhkəməsi Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakını müsadirə edə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya məhkəməsi Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakını müsadirə edə bilər

10:46 - 18 / 01 / 2019
Britaniya məhkəməsi Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakını müsadirə edə bilər

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Britaniya KİV-inə istinadən xəbər verir.

Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib.

Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.

Zamirə Hacıyevanın 2 milyon manatlıq üzüyü müsadirə edilib – FOTO

Cahangir Hacıyev həbs olundu

Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub

S.Xankişiyeva

 

Paylaş:
675

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər