San-Marinonu “Eurovision”da türk müğənni təmsil edəcək
Bu il "Eurovision 2019"da San-Marinonu təmsil edəcək ifaçının adı açıqlanıb.
1news.az Axşam.az-a istinadən bildirir ki, bu, türkiyəli müğənni Serhatdır. Artıq məşqlərə başlayan sənətçi mətbuat konfransı da keçirib. O, həm San-Marino, həm də Türkiyə üçün əlindən gələni edəcəyini deyib.
Qeyd edək ki, Serhat ikinci dəfədir San-Marinonu "Eurovision"da təmsil edir. O, 2016-cı ildə də müsabiqəyə qatılıb.
1news.az
967