Bakının ən gözəl restoranı “Metropol 145” açıldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının ən gözəl restoranı “Metropol 145” açıldı – FOTO – VİDEO

09:50 - 25 / 01 / 2019
Bakının ən gözəl restoranı “Metropol 145” açıldı – FOTO – VİDEO

“Metropol 145” – paytaxtımızın kifayət qədər tanınan və sevilən “145Group“ restoranlar şəbəkəsinin yeni və maraqlı layihəsidir.

Artıq qapılarını bakılılar və şəhərimizin qonaqları üçün açmış bu məkan xoş, rahat ab-havası ilə  doğma Bakımızın mərkəzində Natəvan heykəli və “Azərbaycan” kinoteatrının yanında Əziz Əliyev küçəsi 11 ünvanında yerləşir.

Qış terrası da daxil olmaqla, 280 kvadratmetr ümumi sahəni əhatə edən müasir, eyni zamanda autentik üslubda interyer həllinə malik “Metropol145” ziyarətçilərin zövqünü oxşamaqla yanaşı, peşəkar personalı ilə hər zaman yolunuzu gözləyir.

Dostları və əzizləri bir araya gətirən bu məkan, qış və yay terrası ilə şəhərin səs-küyü, ağır və yorucu iş günlərindən dincəlmək üçün 24/7 iş rejimi ilə fəaliyyət göstərir.

Milli, Avropa, xüsusilə italyan və Meksika mətbəxinin 50-dən çox dadlı təamları, eləcə də eksklüziv çay və qəlyanlarını münasib qiymətə təklif edən “Metropol145” üçün hər bir ziyarətçi qiymətlidir və mühümdür. Həftə içi və istirahət günləri qonaqlara təklif edilən milli və  fransızsayağı xüsusi səhər yeməklərinin sifarişi saat 08.00-12.00–dək qəbul edilir.

Qeyd edək ki, “145” restoranlar şəbəkəsinin qonaqları üçün nəzərdə tutulan ənənəvi Klub Kartı burada da keçərlidir. Bu kart sahibləri restoranlar tərəfindən təklif olunan bütün aksiya və xüsusi təkliflərdən, ən əsası yalnız “Metropol 145” restoranın ziyarətçiləri 31.01.2019 tarixinədək tam 10% həcmində cashback əldə etmək imkanından faydalana biləcəklər.

“Keyfiyyətli xidmətdən razı qalıb artıq daimi qonaqlarımız olan ziyarətçilərimizin məmnunluğu bizim üçün ən böyük motivasiyadır. Bundan qiymətli nə ola bilər? Davamlı olaraq, bundan sonra da əhatə dairəmizi genişləndirmək, yeni iaşə obyektləri, eləcə də beynəlxalq bazarlara çıxış kimi iddialı layihə və təşəbbüslərə imza atmaq niyyətindəyik” –  deyə “145” restoranlar şəbəkəsinin PR və Marketinq meneceri Günel Məmmədova qeyd edib.

Ünvan: Əziz Əliyev küçəsi 11 (Natəvan heykəlinin yanı)

Rezervasiya üçün: (051) 9000 145

Qeyd: “145” restoranlar şəbəkəsinə altı məkan “Çayevi145”(2003 il), “Çaybağı145” (2016 il), “Greengarden145” (2016 il), “Malacannes145” (2017 il), “Passage145” (2017 il) və “Metropol145”(2018 il) aiddir.

http://www.145group.com/

https://www.facebook.com/metropol145/

https://www.instagram.com/metropol145/

https://www.tripadvisor.com/Restaurant_Review-g293934-d15690732-Reviews-Metropol_145-Baku_Absheron_Region.html

Reklam hüququnda

Paylaş:
2924

Son xəbərlər

Bütün xəbərlər