15 yaşlı oğlanın 53 yaşlı qadını öldürməsinin şok təfərrüatları - YENİLƏNİB

Füzuli rayonunda qadının zorlanaraq öldürülməsi hadisəsinin təfərrüatı məlum olub.
1news.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.
O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.
Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb.
Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
11:53
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Horadiz şəhəri ərazisində 1966-cı il təvəllüdlü Aygün İsmayılovanın (ad və soyadlar şərtidir) amansızlıqla öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub.
Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
1news.az