Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə işçi qrup yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə işçi qrup yaradılıb

15:32 - 06 / 02 / 2019
Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə işçi qrup yaradılıb

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin  sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə. monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.

1news.az

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər