Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib

14:50 - 07 / 02 / 2019
Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı yeni əsərinin müzakirəsi keçirilib.

1news.az  xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müasir şəraitdə dövlət idarəetmə məsələləri ilə bağlı yeni əsərinin ölkəmizin son 15 ildə iqtisadi, sosial, siyasi, humanitar sahələrdə qazandığı yüksək nailiyyətlərin əsasında duran idarəetmə mexanizmlərinin təhlilinə həsr olunduğunu qeyd edib.

Rektor, Azərbaycan Respublikasının davamlı və inklüziv inkişaf sahəsində qazandığı uğurları akademik Ramiz Mehdiyevin təkzibolunmaz dəlil sübutlarla əsaslandırdığını, onları fəlsəfi fikir süzgəcindən keçirərək elmi konseptual şəkildə ifadə etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsərin bugünkü müzakirəsi dövlət idarəçiliyi sahəsində ixtisasçıların hazırlanması üçün olduqca əhəmiyyətlidir və bu səbəbdən müzakirənin növbəti tədris sessiyası ərəfəsində keçirilməsi olduqca əhəmiyyətlidir.

Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışaraq, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev, Milli Məclisin deputatı, “Siyasi araşdırmalar institutunun” direktoru, professor Elman Nəsirov, siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq əsərin əhəmiyyəti barədə çıxış ediblər.

1news.az

 

 

 

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər