Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb

09:51 - 11 / 02 / 2019
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib.

Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.

S.Xankişiyeva

 

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər