Çörəyin qiyməti ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Çörəyin qiyməti ilə bağlı açıqlama

15:35 - 18 / 02 / 2019
Çörəyin qiyməti ilə bağlı açıqlama

Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, qiymət artımının təsiri Azərbaycanda da hiss oluna bilərdi:

"Amma hökümət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib, hesablamalar aparılıb. Çörəyin qiymətində hər hansı dəyişiklik bu günki vəziyyətə gözlənilmir. Lazım olan hallarda hökümət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin".

Ölkə.Az

S.Xankişiyeva

 

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər