Xocalı haqqında təsirli VİDEO

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Xocalısız mən” adlı maraqlı və eyni dərəcədə təsirli video hazırlanıb.
1news.az-ın məlumatına görə, ideya müəllifi Cavad Salmanlı əvvəllər də bu tip videolar hazırladığını və Xocalı soyqırımının təbliğini illərdir sosial şəbəkə üzərindən apardığını bildirib.
Sözügedən videoya gəlincə, ideya müəllifi qeyd edib ki, videoda görüntülənən 10 yaşlı Səid Hüseynzadə Xocalı soyqırımında ermənilər tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş soydaşlarımızın unudulmaması və xatirələrinin yad edilməsi üçün həmin hadisəni yaşamış azyaşlı uşağın dilindən danışır.
Qeyd edək ki, Səid Hüseynzadə, Bakı şəhərində yerləşən 4 saylı orta məktəbin 4-cü sinif şagirdidir.
1news.az
684