“Xocalı qırğını, Xocalı hüznü, Vətən ağrısıdır, bu matəm günü!” adlı tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xocalı qırğını, Xocalı hüznü, Vətən ağrısıdır, bu matəm günü!” adlı tədbir keçirilib – FOTO

12:30 - 26 / 02 / 2019
“Xocalı qırğını, Xocalı hüznü, Vətən ağrısıdır, bu matəm günü!” adlı tədbir keçirilib – FOTO

Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyində Xocalı soyqrımı ilə əlaqədar “Xocalı qırğını, Xocalı hüznü, Vətən ağrısıdır, bu matəm günü!” adlı tədbir keçirildi.

1news.az-ın verdiyi xəbərə görə, tədbir Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh və Uşaq Birliyinin rəhbəri Hüseynzadə Nərmin tərəfindən hazırlanıb.

Tədbirdə Yazıçılar İttifaqının üzvü, şair Vahid Çəmənli, liseyin valideynləri, müəllim və şagird kollektivi iştirak etdi.

İlk öncə tədbirdə dövlət himni səsləndirildi. Sonra şagirdlər tərəfindən hazırlanmış Xocalıda keçirilən son toy, əsir düşmüş sakinlər, vəhşicəsinə öldürülmüş və itkin düşmüş uşaqlarını axataran ana, övladının gözu qarşısında öldürülmüş ata, şəhid olmuş əsgər cənazəsini qarşılayan ana obrazları canlandırıldı. Tədbir Yazıçılar Birliyinin üzvü Rəna Mirzəyevaya aid olan “Qəhrəmanın andı” adlı poema əsasında hazırlanmış döyüşdən zəfərlə qayıdan, “Qəhrəman” adını alan əsgərin anasına qovuşduğu səhnə ilə sonlandı.

Sonda şair Vahid Çəmənli Xocalıya həsr etdiyi şeiri səsləndirdi, liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh müəllim çıxış etdi.

Allah Xocalı şəhidlərinə rəhmət eləsin.

S.Xankişiyeva

 

 

Paylaş:
1223

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər