Bakıda maraqlı hadisə: kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda maraqlı hadisə: kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO

12:36 - 04 / 03 / 2019
Bakıda maraqlı hadisə: kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO

Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.

1news.az-ın baku.ws-ə istinadla verdiyi xəbərə görə, "Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.

Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.

Hadisənin görüntülərini təqdim edirik:

S.Xankişiyeva

 

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər