Nazir Rasim Balayevin görüşə çağrılmamasından danışdı: “Üzr istəyirəm...”

Mənim Rasim Balayevlə çox yaxşı, uzun illərdir dostluq nünasibətimiz var.
1news.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Xalq artisti Rasim Balayevin martın 1-də Prezidentin və birinci vitse-prezidentin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə çağırılmamasına münasibət bildirərkən deyib.
“Ölkədə çoxsaylı xalq artistləri, yazıçılar, şairlər, əməkdar artistlər, əməkdar incədənət xadimləri və s. var. Onların hamısını bir araya gətirsək Heydər Əliyev Sarayında da yer olmaz. Gələn dəfə digər formatlarda görüşlərdə bizim hörmətli aktyorlar, rəssamlar və digər yaradıcı insanlar da iştirak edəcəklər. Kim bu görüşdən kənarda qalıbsa, üzr ustəyirəm, gələn dəfə nəzərə alınar”.
P.Sultanova
573