Səbaildə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış  həyətin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış  həyətin açılışı olub

13:10 - 13 / 03 / 2019
Səbaildə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış  həyətin açılışı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Səbail rayonu, Badamdar qəsəbəsində abadlaşdırılan  həyət sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yenilənmiş həyət Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi  109,109a,110,111,113,115,117,119 saylı binaların və Badamdar yolu, 95,97,99,101,105,107 saylı binaların həyətində,  ümumilikdə 1000 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə idman qurğuları və meydançaları, uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 1000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

Qeyd edək ki, sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. 

1news.az

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər