Frankofoniya həftələri çərçivəsində “Haydi” filmi nümayiş olunacaq

Aprelin 4-də “Park Cinema”da İsveçrənin məşhur “Haydi” filmi nümayiş olunacaq.
1news.az-a İsveçrənin Bakıdakı səfirliyindən verilən məlumata görə, xəbər verir ki, filmin nümayişi Frankofoniya həftələri çərçivəsində İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Film İsveçrə almancasında Azərbaycan və rus subtitrləri ilə təqdim ediləcək.
Ekran əsəri 5 yaşlı yetim Haydi haqqındadır. O, babası ilə İsveçrə dağlarında yaşayır. Lakin xalası Dete onu xəstə və çətin xasiyyəti olan qızı Klaraya baxmaq üçün Frankfurta götürür və o gündən Haydinin xoşbəxt anları bitir. Haydi həmin andan bir məqsədlə yaşayır: geri babasının yanına dönmək. Film 1880-ci ildə Johanna Spyrinin yazdığı dünya şöhrətli “Haydi hekayəsi”nin əsasında 2015-ci ildə Alain Gsponer tərəfindən lentə alınıb.
Qeyd edək ki, aprelin 15-dək davam edəcək Frankofoniya həftələri on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşır. Frankofoniya həftələri çərçivəsində rəsm sərgiləri və konsertlər təşkil edilir, uşaqlar üçün müxtəlif məşğuliyyətlər reallaşdırılır, həmçinin ekran əsəri nümayiş olunur.
P.Sultanova