Ramiz Mehdiyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.
1news.az
733