Musiqili Teatr maraqlı tamaşalarla görüşünüzə gəlir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayı üçün rəngarəng repertuar planını təsdiqləyib.
1news.az-ın məlumatına görə, bu dəfə də sənət ocağının yaradıcı kollektivi maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.
Beləliklə, teatrın bu aya olan repertuarını təqdim edirik:
5 aprel - “Bir dəfə Bağdadda”
6 aprel - “Düyməcik” (rus dilində), “Molla Nəsrəddinin beş arvadı”
7 aprel - “Buratino”, “Mənim günahım”
12 aprel - “Balaca şahzadə”
13 aprel - “Balaca şahzadə”
14 aprel - “Dəcəl çəpişlər”, “Yağış göbələyinin macərası” (rus dilində), “Qızıl toy”
16 aprel - “O olmasın, bu olsun”
17 aprel - “999-cu gecə” (F.Əmirovun musiqiləri əsasında)
18 aprel - “Silva” (rus dilində)
19 aprel - “Qızıl cücə” (rus dilində), “Toya bir gün qalmış”
20 aprel - “Qırmızı papaq”, “Amerikalı kürəkən”
21 aprel - “Qızıl cücə” (rus dilində)
21 aprel - “Baladadaşın toy hamamı”
26 aprel - “Kimdir müqəssir?”
27 aprel - “Arşın mal alan”
28 aprel - “O olmasın, bu olsun”
1news.az