Ramin Hacılı azadlığa çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Hacılı azadlığa çıxıb

16:38 - 09 / 04 / 2019
Ramin Hacılı azadlığa çıxıb

Sərhədi qanunsuz şəkildə keçmək istədiyinə görə həbs olunan Ramin Hacılı azadlığa çıxıb.

1news.az xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində bildirb.

R.Hacılı azadlıqda olan fotosunu paylaşaraq "azadlıqdayam, hər şey yaxşı olacaq" sözlərini yazıb.

Qeyd edək ki, 2018-ci ilin 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Bala­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb.

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər