Bakıda Elinanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir – FOTO

Səbail rayonu 162 saylı orta məktəbin qarşısında həmin məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir.
1news.az-ın verdiyi xəbərə görə, anım mərasimində sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim, şagird və başqaları iştirak edirlər.
Məktəbin həyətinin giriş hissəsinə gül dəstələri, oyuncaqlar və mərhum şagirdin fotoları düzülüb.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb.
Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.
Prezident İlham Əliyev Elinanın ölümü ilə bağlı tapşırıq verdi
Şagirdin intihar etdiyi məktəbin direktoru işdən kənarlaşdırıldı
Məktəb direktoru özünü məktəb binasından atan şagirdlə bağlı açıqlama yayıb
S.Xankişiyeva