Ramazan ayının başlayacağı gün bəlli oldu

Ramazan ayı mayın ilk günlərinə təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.
Bundan başqa, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.
Eyni zamanda təqvimdə Ramazan bayramı iyunun 5-ə düşəcək.
Lakin dəqiq qərar Qafqaz Müsəlmanları İdarəsinin keçirəcəyi yekun iclasdan sonra veriləcək. İclasda qərar ayın görünməsinə uyğun deyiləcək.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin 5, 6 iyun tarixləri ölkəmizdə Ramazan bayramı ilə əlaqədar, qeyri-iş günləri hesab edilir.
S.Xankişiyeva
711