Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda – VİDEO

09:46 - 29 / 04 / 2019
Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda – VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub.

Qeyd edək ki, dünən Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilib.

Gərgin idman mübarizəsinin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazandı. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurdu.

S.Xankişiyeva

 

Paylaş:
623

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər