Bakıda “kriminal avtoritet” qətlə yetirildi – VİDEO – TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda kütləvi dava olub.
1news.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, İsrafil Haşımov küçəsi 8 ünvanında baş verib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu aralarında yaranmış mübahisə nəticəsində Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.
Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə “Emil-444” ləqəbi ilə tanınırmış.
1news.az