Bu həftə Kukla Teatrında maraqlı tamaşalar olacaq

A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı bu həftə maraqlı tamaşalarla balacaları sevindirəcək.
1news.az-ın məlumatına görə, sənət ocağının yaradıcı heyəti bu həftə beş səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 24-də “Maşa və Ayı”, mayın 25-də “Pişiyin evi”, “Çipollino” və mayın 26-da isə “Qırmızı papaq” və “Durna balığı” tamaşalarını izləyəcəklər.
Bundan başqa, balacalar növbəti həftə - mayın 28-də “Şəngülü, Məngülüm”, “Qoğal” (rus dilində), mayın 31-də isə “Cik-cik xanım” , “Maşa və Ayı”a (rus dilində) baxa biləcəklər.
1news.az
613