Sabahın havası: bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək

14:31 - 06 / 06 / 2019
Sabahın havası: bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-23° isti, gündüz  27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 7-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 13-18° isti,  gündüz 20-25°  isti təşkil edəcək.

1news.az

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər