Bu gün Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək

12:11 - 13 / 06 / 2019
Bu gün Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanmış hərbi əməkdaşlıq  planına əsasən Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində iyunun 13-də saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər