Şəkidə yanacaqdaşıyan maşın alovlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə yanacaqdaşıyan maşın alovlandı

16:44 - 21 / 06 / 2019
Şəkidə yanacaqdaşıyan maşın alovlandı

Şəki şəhərində "Ruslan" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb.

Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

S.Xankişiyeva

 

Paylaş:
728

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər