Uzun ömürlü olmaq üçün 8 TƏRƏVƏZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Uzun ömürlü olmaq üçün 8 TƏRƏVƏZ

16:38 - 15 / 07 / 2019
Uzun ömürlü olmaq üçün 8 TƏRƏVƏZ

Mütəxəssislər uzun və sağlam ömür sürmək üçün mətbəximizdən heç vaxt əksik etməyəcəyimiz tərəvəzlərin siyahısını açıqlayıblar.

1news.az ölkə.az-a istinadən bildirir ki, siyahıdakı tərəvəzlərin qiyməti baha deyil və hər birimizin istifadə etməsi mümkündür.

Yerkökü

Yerkökünün tərkibi immun sistemini gücləndirən maddələrlə zəngindir. C, PP, E vitaminləri, maqni və sink yerkökükünün tərkibindədir. Yerkökünün tərkibində olan beta-karotin güclü antioksidant sintezi və A vitamini ilə orqanizmi təmin edir.

Brokkoli

Brokkolinin tərkibində kalsium və kalium var. Sümükləri daha möhkəm edir, sürək və damarlar daha sağlam olur.

Badımcan

Bu tərəvəz qanı və damarları xolesterindən təmizləyir.

Yunan qabağı

Bu tərəvəz orqanizmi C vitamini və güclü antioksidant sayılan lyuteinlə təmin edir.

Çuğundur

Çuğundurun tərkibində yod var. Bu isə ateroskelerozla mübarizə aparır və əhval-ruhiyyəni artırır.

Pomidor

Pomidorun tərkibində kalium çoxdur. Bu isə qan təzyiqini normallaşdırır.

Kələm

Kələmin tərkibində dindolilmetan maddəsi var və bu maddə orqanizmi radiasiyadan qoruyur.

Bibər

Bolqar bibərinin tərkibi C vitamini ilə çox zəngindir.

1news.az

Paylaş:
737

Son xəbərlər

Bütün xəbərlər