“Relax” istirahət mərkəzində vergi işçiləri döyülüb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Relax” istirahət mərkəzində vergi işçiləri döyülüb – VİDEO

12:20 - 19 / 08 / 2019
“Relax” istirahət mərkəzində vergi işçiləri döyülüb – VİDEO

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Həmçinin APA-nın yaydığı məlumata görə, istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub. Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov saxlanılıblar.

1news.az-ın verdiyi xəbərə görə, fakt Daxili İşlər Nazirliyində təsdiqlənib, lakin saxlanılanların adı hələ ki, açıqlanmayıb.

Bu saat 14:00-dan sonra Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı açıqlama yayacaq.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1796

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər